ADPU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub

ADPU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə professor və müəllimlər, tələbələr iştirak ediblər. Onlar əvvəlcə Təsviri-incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub, Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi ixtisasının tələbələri arasında keçirilən şahmat və dama yarışlarını izləyiblər.
Sonra akt zalında Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Musiqi müəllimliyi ixtisasının müəllim və tələbələri maraqlı konsert proqramı təqdim ediblər. Konsert proqramında görkəmli bəstəkarların mahnıları ifa olunub.

Tehsil-press.az



Oxşar xəbərlər