ADPU-nun Şəki filialında doqquz ixtisas üzrə 260 tələbənin qəbulu planlaşdırılıb

ADPU-nun Şəki filialında doqquz ixtisas üzrə 260 tələbənin qəbulu planlaşdırılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında yeni qəbul olunmuş tələbələrin qeydiyyatı aparılır.
Cari tədris ilində filiala doqquz ixtisas üzrə 260 tələbənin qəbulu planlaşdırılıb. Qeydiyyat zamanı filialla tələbələr arasında ikitərəfli müqavilə imzalanır, müqavilənin məzmunu və mahiyyəti onlara və valideynlərə izah edilir.
Qəbul olunan tələbələrə kömək məqsədilə qeydiyyat zamanı təqdim edilməli sənədlər, eləcə də güzəştli təhsil alacaq tələbələr barədə məlumat filialın saytında (www.sheki-adpu.az) yerləşdirilib.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər