ABŞ Çindən idxal olunan mallara tarifləri artıra bilər

ABŞ Çindən idxal olunan mallara tarifləri artıra bilər Amerika administrasiyası bir sıra Çin mallarının, o cümlədən elektron avtomobillərin idxalına gömrük rüsumlarının artırılmasını nəzərdən keçirir.
Qərarın nə vaxt veriləcəyi məlum deyil. Ağ Ev və digər departamentlərin nümayəndələri hələ də bu məsələni müzakirə edirlər. Eyni zamanda, Birləşmiş Ştatlar Çindən strateji əhəmiyyət kəsb etməyən bəzi istehlak mallarına rüsumları azaltmaq barədə düşünür.
Hazırda Çindən idxal olunan elektrik avtomobillərinə 25 faiz tarif tətbiq edilir. Qəzet qeyd edir ki, tariflərin artırılması Amerika vətəndaşlarına ABŞ Prezidenti Co Baydenin Çinə qarşı sərt siyasət yürütdüyünü nümayiş etdirmək məqsədi daşıyır.

Tehsil-press.az


Oxşar xəbərlər