
Bu barədə ABŞ Prezidenti Cozef Bayden bir qədər əvvəl Ağ evdən yayımlanan videomüraciətində deyib.
“Bu qərarı Konqresin hər iki palatası və düşünürəm ki, bütün ölkə dəstəkləyir”, - deyə Amerika prezidenti bildirib. Bununla yanaşı Cozef Bayden etiraf edib ki, Rusiyaya qarşı bu cür sanksiyalar ölkədəki yanacaqdoldurma məntəqələrində qiymət artımına səbəb olacaq.
Prezidentin sözlərinə görə, Vaşinqtonda anlayırlar ki, ABŞ-ın heç də bütün tərəfdaşları və Avropadakı müttəfiqləri bu qadağaya qoşula bilməyəcək. Birləşmiş Ştatlar özü bütün Avropada olduğundan çox neft istehsal edir.
Rusiya ABŞ-ın Kanada və Meksikadan sonra ən çox neft və neft məhsulları idxal etdiyi üçüncü ölkədir. Birləşmiş Ştatlar 2021-ci ildə Rusiyadan gündəlik 672 min barel neft və neft məhsulları idxal edib. Bu, ABŞ idxalatının təxminən 8 faizinə bərabərdir.
Ağ evdən bildiriblər ki, martın 8-də Bayden ABŞ-a Rusiya neftinin, maye qaz və kömürün idxalına qadağanı nəzərdə tutan fərman imzalayacaq. O, öz fərmanı ilə Rusiya enerji sektoruna yeni Amerika investisiyalarına, RF-də enerji daşıyıcıları hasilatına sərmayə yatıran xarici kompaniyaların maliyyələşdirilməsinə də qadağa qoyacaq.
Tehsil-press.az