Ərdoğan Putinə Əsədlə üçtərəfli görüş keçirməyi təklif edib

Ərdoğan Putinə Əsədlə üçtərəfli görüş keçirməyi təklif edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya liderlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
O, bundan əvvəl isə Müdafiə Nazirliyi, XİN və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşünün keçirilməsini təklif edib.
«...Əvvəlcə kəşfiyyat xidmətlərimiz, sonra müdafiə nazirləri və xarici işlər nazirləri görüşməlidir. Onların görüşlərindən sonra liderlər kimi bir araya gələk. Mən bunu cənab Putinə təklif etdim və o, buna müsbət yanaşdı. Beləliklə, biz bir sıra görüşlərə başlayacağıq", - deyə Ərdoğan qeyd edib.
ABŞ-ın Dəməşqlə təmaslara reaksiyası ilə bağlı suala Prezident Ərdoğan deyib: "Deməli, siz məni yaxşı tanımırsınız. Xaricdən icazə almadan görüşdüyüm vaxt və şəxslər barədə qərarlar verirəm. Daha əvvəl Qətərdə Misir Prezidenti ilə görüş keçirib. Suriya məsələsində də mənim üçün əsas olan Türkiyənin milli maraqlarıdır".
Ərdoğan, həmçinin şimalda Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçuların fəallaşdığı Suriya ilə bağlı atılan addımların əhəmiyyətini qeyd edib. "Bu sazişlər nədən bəhs edirdi. İlk növbədə, terrorçuların Türkiyə ilə 30 kilometrlik sərhəd zonasından çıxarılması nəzərdə tutulurdu. Bu, bizim" təhlükəsizlik dəhlizimizdir" və bu zonada bütün lazımi addımları atacağıq", - deyə Türkiyə prezidenti vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər