Rusiya ordusu döyüş robotunu sınaqdan keçirib - Video

Rusiya ordusu döyüş robotunu sınaqdan keçirib - Video Rusiya Silahlı Qüvvələri “Bratişka” adlı yeni yerüstü döyüş robotunu sınaqdan keçirib.
Sözügedən cihaz tapşırıqlardan asılı olaraq müxtəlif əməliyyatlar zamanı tətbiq edilə bilər.
Məlumata görə, “Bratişka”dan ərazilərin minalardan təmizlənməsi və yaxud minaların basdırılması, kəşfiyyat, silah daşınması, pilotsuz uçuş aparatlarına zərbə endirilməsi, yaralıların daşınması və s. xidmətlər üçün istifadə etmək mümkündür.
Robot 1,2 metr uzunluğa, təqribən 200 kiloqram çəkiyə malikdir və kamera ilə təchiz edilib. Onun 150 kiloqrama qədər yük daşıya bildiyi vurğulanır.



Tehsil-press.az




Oxşar xəbərlər