
Bu haqda Rusiyanın müdafi nazirinin müavini Aleksandr Fomin bildirib.
“Onda 13 pilotsuz uçuş aparatı vahid döyüş sırası ilə və idarəolunan ümumi komanda ilə hərəkət edirdi. Bu zaman Amerikanın “Poseydon-8” kəşfiyyat təyyarəsi səkkiz saat ərzində Aralıq dənizinin akvatoriyasında patrul çəkirdi”, - Fomin dəqiqləşdirib.
Kremldən verilən açıqlamada isə bildirilir ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla bu mövzu barədə danışacaq.
Xatırladaq ki, 2017-ci il dekabrın 31-də Suriyada terrorçular Rusiyanın Xmeymim aviabazasına pilotsuz uçuş aparatları ilə hücum ediblər. Hücum nəticəsində Rusiya ordusuna aid 4 ədəd Su-24 bombardmançısı, 2 ədəd müxtəlif təyinatlı Su-35C qırıcısı və bir ədəd An-72 hərbi-yük gəmisi məhv edilib.
Döyüşçülərin atdığı mərmilərdən biri bazadakı silah-sursat anbarını dağıdıb.
Tehsil-press.az