
“T-HR3” robotu yalnız kosmik məkanda deyil, həm də Yer kürəsində fəlakət, fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılmasında, son dərəcə aşağı və yüksək temperatura malik ərazilərdə, həmçinin yüksək radiasiyalı yerlərdə tətbiq oluna bilər.
“T-HR3” robotu yaxşı hərəkət edir. Onu idarə etmək üçün virtual reallıq texnologiyasından istifadə olunur. Operator əmrləri vermək üçün xüsusi kresloya oturmalı və virtual reallıq şlemini başına taxmalıdır. Bundan sonra robot kreslodakı insanın bütün hərəkətlərini təkrarlamağa başlayır. Kresloya qurulmuş xüsusi datçiklər operatorun bütün hərəkətlərini son dərəcə dəqiq qeydə alır.
Tehsil-press.az