
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, şagirdlər "İbtidai hərbi hazırlıq" fənni üzrə dərslərdə aldıqları biliklərin təkmilləşdirilməsi məqsədilə hərbi məktəbin kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olublar.
Burada şagirdlərə Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında məlumat verilib.


tehsil-press.az