
Mövzu ilə bağlı danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, ölkədə tədris ilinin müddəti 34 həftədir. Dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də bitir. Son 10 ildə tədris ilinin müddətinə bir neçə dəfə dəyişiklik edilir:
"İlk dəfə 2004-cü ildə prezidentin müvafiq sərəncamı ilə dərslər sentyabrın 1-dən yox 15-dən başladı və mayın 31-də də bitirdi. Digər tərəfdən 30 oktyabr 2014-cü il tarixində Nazirlər Kabinetinin 362 saylı qərarı ilə tədris ilinin müddətinin uzadılmasına qərar verildi. Tədris ili mayın 31-i yox iyunun 14-ü bitməyən başladı. Belə ki, tədris ili 34 həftəyə qaldırıldı. Amma bu qərar 2015-2016-cı il tədris ilindən tətbiq olunmağa başladı. Həmin vaxtlardan hər tədris ilinin başa çatma ərəfəsində və yeni tədris ilinin başlanması zamanı tədris verənlər, şagirdlər və valideynlər tərəfindən təkliflər gəlir ki, tədrisin iyunun 1-dən 14-ə qədər olan müddətdə ölkənin müəyyən regionlarında, xüsusilə Aran bölgələrdə isti olduğundan tədrisi təşkil etmək olmur".
Ekspertin sözlərinə görə, məktəblərimizdə havalandırma sistemi qurulmadığına görə tədrisin təşkilində müəyyən çətinliklər var:
"Əsas təklif bundan ibarətdir ki, tədris ili sentyabrın 1-də başlayıb 31-də bitsin. Düşünürəm ki, bu da kifayət qədər əsaslıdır. Bizim təkliflərimiz ondan ibarətdir ki, tədris ilinin müddətində və gedişində müəyyən dəyişikliklər etmək lazımdır. Tədris ilinin sentyabrın 1-də başlayıb, mayın 31-ə qədər aktivlik hissəsi təmin olunmalıdır. İyun 1-14-ə qədər olan müddətdə isə BSQ və yekun qiymətləndirilmənin keçirilməsi daha doğru olardı. İyun 1-14-ə qədər olan müddətdə aktiv dərslər keçilməsin. Bu təklifimiz qəbul edilərsə, müvafiq sahədə olan narazılıqlar aradan qalxmış olar".
Tehsil-press.az