Xəzər dənizi iki hissəyə bölünəcək - Alim

Xəzər dənizi iki hissəyə bölünəcək - Alim Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağəmələgəlmə prosesi başa çatmayıb. Yəni dağəmələgəlmə prosesi davam etdiyindən Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzunmüddətlidir

Bu sözləri AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Mirnuh İsmayılov deyib.
AMEA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizi ikiyə bölünəcək:

“Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu, uzun zamandan sonra baş verəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər