Məktəblərdə payız tətili başlayır

Məktəblərdə payız tətili başlayır Noyabrın 16-dan ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili noyabrın 16-dan 20-dək olacaq.
Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 2019-cu il yanvarın 27-dən 31-dək olacaq.
Qeyd edək ki, ümumtəhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili sentyabrın 15-dən yanvarın 26-dək, ikinci yarımili fevralın 1-dən iyunun 14-dək olan dövrü əhatə edir.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər