Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA

Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA 2019-2020-ci tədris ilinin ilk dərs günü sentyabrın 16-da olacaq.
Bilik Günü - 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün tədris ilinin ilk günü 16 sentyabr hesab ediləcək.
Bununla əlaqədar orta məktəblərdə dərslərin keçirilməsinə sentyabrın 16-dan başlanacaq.
Qeyd edək ki, Azərbaycanda tədris ili adətən 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır.
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın gedəcəyi gözlənilir.
Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.

Tehsil-press.az

Oxşar xəbərlər