
Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi haqda danışarkən deyib.
O, bu hadisənin vəziyyəti çox gərginləşdirəcəyini bildirib:
“İsrail deyilən cırtdan dövlət müsəlman dünyasının xristian dünyası və Amerikayla münasibətlərini çox gərginləşdirdi. Zənnimcə, bundan sonra atılan addımları dayandırmaq mümkün olmayacaq”.
Q.Hüseynli deyib ki, ona ən çox təsir edən İran prezidenti Məsud Pezeşkianın İsmayıl Haniyə haqda dediyi sözləri olub. O, bu fikirləri söyləyərkən qəhərlənib:
“Pezeşkian dedi ki, “Mən onun nəşini çiynimdə dəfn olunacağı yerə qədər aparacam”. Bu sözdən sonra müsəlman dünyası oyanıb ümumi birliyə gəlməsə, elə edilən hərəkətlərə layiqdir. Yanıb tökülürəm”.
Tehsil-press.az