Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib

Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.
Bu barədə pilotun qayınatası Qabil Hüseynli məlumat verib.
Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək.
Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.
***
Müdafiə Nazirliyi də polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqlarının tapılaraq dənizdən çıxarılması haqda rəsmi məlumat yayıb.
Qeyd edilib ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər