Azərbaycanlı həkim-alimin elmi tədqiqat işi Avropada yüksək qiymətləndirilib

Azərbaycanlı həkim-alimin elmi tədqiqat işi Avropada yüksək qiymətləndirilib Azərbaycanlı həkim-alim, Azərbaycan Tibb Universitetinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Cahid Calal oğlu Məmmədovun elmi tədqiqat işi Avropada böyük maraq doğurub və yüksək qiymətləndirilib.

O, İtaliyanın paytaxtı Romada keçirilən Avropa Kəllə-Üz Çənə Cərrahları Federasiyasının Beynəlxalq Konqresində məruzə ilə çıxış edib.

C.Məmmədovun təqdim etdiyi iş kəllə-üz cərrahiyyəsi sahəsində yeni yanaşmalar və müasir metodlar üzərində qurulub. Onun tədqiqatı həm praktik, həm də elmi müstəvidə yeniliklər gətirdiyindən konqres iştirakçılarının diqqətini cəlb edib, onun gələcəkdə geniş tətbiq olunma potensialı qeyd olunub.

Konqres iştirakçıları azərbaycanlı alimin elmi fəaliyyətinə yüksək rəğbət göstəriblər və beynəlxalq əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıblar. C.Məmmədovun bu uğuru Azərbaycanda tibb elminin inkişafında mühüm addım, ölkəmizlə yanaşı beynəlxalq tibb aləmində əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər./baku.ws/

Tehsil-press.az

Oxşar xəbərlər