Azərbaycan Texnologiya universitetində yeni laboratoriya istifadəyə verilib

Azərbaycan Texnologiya universitetində yeni laboratoriya istifadəyə verilib Azərbaycan Texnologiya Universitetində “Nar” şirkətinin dəstəyi ilə qurulan yeni laboratoriyanın açılışı olub.

ATU ilə "Nar" əməkdaşlığı çərçivəsində istifadəyə verilən mobil rabitə laboratoriyası Avtomatika və informasiya texnologiyaları kafedrasının nəzdində yaradılıb.

Yeni laboratoriyanın açılışı ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla “Nar”ın (Azerfon MMC) Baş icraçı direktoru Qunnar Pankenin iştirakı ilə baş tutub.

Açılış zamanı Dos. Yaşar Ömərov bildirib ki, yüksək keyfiyyətli mütəxəssislərin hazırlanması üçün ATU elm və tədris-təcrübə sahəsində aparıcı şirkətlər, dövlət və özəl müəssisələri ilə sıx əməkdaşlıq edir. O "Nar" şirkətinin də bu qəbildən olduğunu ifadə edərək kadr hazırlığına dəstəyini yüksək qiymətləndirib.

Qunnar Panke isə bildirib ki, yeni istifadəyə verilən laboratoriya bölgələrdə azərbaycanlı rabitə mütəxəssislərini yetişdirmək istiqamətində “Nar”ın ölkənin rabitə sahəsinə yatırımıdır.

Notbuk və digər zəruri avadanlıqlarla təchiz edilmiş laboratoriya mobil rabitə texnologiyalarının təcrübədə öyrənilməsini təmin edəcək.

Qeyd edək ki, "Nar" hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir, son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Tehsil-press.az

Oxşar xəbərlər