2023-2024-cü ildə 14 yeni bağça tikilərək istifadəyə verilib, 5 bağça əsaslı təmir olunub.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsilə cəlb ediləcək uşaqların sayının 50 faizə çatdırılması hədəflənir:
"Bağçaların Elm və Təhsil Nazirliyi sisteminə keçdiyi iki il müddətində müxtəlif istiqamətlər üzrə yeniliklər tətbiq olunur. İki il müddətində məktəbəqədər təhsil sahəsində xeyli işlər görülüb. Əlçatanlığın, şəffaflığın təmin edilməsi məqsədilə bir sıra proseslərimizi elektronlaşdırmışıq. Elektron sistemlər hər kəs üçün bərabər imkanlar yaratmaqla yanaşı, eyni zamanda bu proseslərdə insan faktorunu minimuma endirərək məlumatların düzgünlük və dəqiqliyini artırıb".
E.Bağırov bildirib ki, hazırda ölkədə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir.
Tehsil-press.az