
Bu fikirləri Tehsil-press.az-a açıqlamasında Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O bildirib ki, son 15 il ərzində ölkəmizdə 3200-dən çox yeni məktəb tikilərək istifadəyə verilib və əsaslı təmir olunub. Bu məktəblərin tikilməsində Heydər Əliyev Fondunun da fəaliyyətini xüsusi qeyd etməliyik. Fondun dəstəyi ilə 500-ə yaxın təhsil müəssisəsi - məktəb və bağça tikilib və əsaslı təmir olunub.
Nazir müavini vurğulayıb ki, məktəb və bağçaların tikintisi davam etdirilir. Xüsusilə kənd yerlərində, ən ucqar kəndlərdə modul tipli məktəblər istifadəyə verilib. Son iki ildə 300-ə yaxın belə məktəb tikilib. Gələcəkdə də əhalinin, uşaqların sayının artımını nəzərə alaraq həm paytaxtda, həm də regionlarda məktəblərin və məktəbəqədər müəssisələrin inkişaf etdirilməsi, yenilərinin tikilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyi bu prosesdə aktiv iştirak edir. Müxtəlif bölgələrdə tədris müəssisələrinin tikintisi məqsədilə xüsusi dövlət investisiya proqramları qəbul olunub.
Tehsil-press.az