“Bu şəxslər Rusiyanı tərk etməlidir” - Medvedev

“Bu şəxslər Rusiyanı tərk etməlidir” - Medvedev “Miqrant ailələrin üzvləri Rusiya ərazisində qalmamalıdırlar”.

“Gazeta.ru” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dövlət miqrasiya siyasəti ilə bağlı iclasda deyib.

“Hər kəs bunu xatırlamalıdır. Üstəlik, əgər kimsə ölkəmizin ərazisindədirsə və işləmirsə, təhsil almırsa, o zaman belə bir şəxs son nəticədə ölkəmizi tərk etməlidir”, - deyə sədr müavini bildirib.

Medvedevin sözlərinə görə, miqrant ailələrin ölkədə qalma məsələsi xüsusi nəzarətdə olmalıdır./“Qafqazinfo” /

Tehsil-press.az

Oxşar xəbərlər