
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram hesabında yazıb.
“Bugünkü terror aktından sonra Zelenski və onun kabinetinin fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”, - deyə Medvedev qeyd edib.
Qeyd edək ki, Kremlə PUA-larla zərbə endirilməyə cəhd edilib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.
Tehsil-press.az