
“Bizim Dmitri Anatolyeviçlə uzun illərdir çox açıq, yoldaşlıq, dostluq münasibətlərimiz var. Bizim bir-birimizdən sirrimiz yoxdur. Ona görə də biz bunu onunla müzakirə etmişdik. Medvedev baş verənlərdən xəbərdar idi”, - Putin deyib.
Xatırladaq ki, yanvarın 15-də Dmitri Medvedev hökumətin istefasını elan etmişdi. Yanvarın 16-da o, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsinə təyin olunmuşdu. Elə həmin gün Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamışdı.
Tehsil-press.az