Zaqatalada polisi partlatmaq istəyən vəhabilər tutuldu – SİYAHI

Zaqatalada polisi partlatmaq istəyən vəhabilər tutuldu – SİYAHI Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.

Tehsil-press.az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri – Vaqif Padarov, Vüqar, Əbdürrəhman və İslam adlı şəxslərdir. Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb. Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.
Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir. Keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır. Artıq bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal edilən şəxslər də var.


Tehsil-press.az

Oxşar xəbərlər