Tereza Mey Milli Məclisdə

Tereza Mey Milli Məclisdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri Tereza Mey Milli Məclisdə olub.

Tereza Mey spiker Sahibə Qafarova ilə görüşüb.

Baronessa COP29 kimi vacib qlobal tədbirə ev sahibliyi etdiyi üçün ölkəmizi təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi konfrans bütün dünyanın diqqətindədir. O xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə ev sahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Həmçinin Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb.

S. Qafarova isə iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər