Bakıdan Tehrana getdi, Pezeşkianla görüşdü

Bakıdan Tehrana getdi, Pezeşkianla görüşdü İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşüb.

Bu barədə “Tasnim Nyus” məlumat yayıb.

Görüşdə Pezeşkian deyib ki, “bu gün bütün dünya İranın sülh və əmin-amanlıq axtardığına inanıb”.

Onun sözlərinə görə, İran “dinc nüvə fəaliyyəti” ilə bağlı şübhələri aradan qaldırmaq üçün beynəlxalq təşkilatla əməkdaşlığa və yaxınlaşmağa hazırdır.

Rafael Qrossi isə öz növbəsində bildirib ki, İran və MAQATE arasında yaxşı qarşılıqlı fəaliyyət İranın nüvə fəaliyyətlərinə qarşı şübhələri aradan qaldıracaq.

Tehsil-press.az

Oxşar xəbərlər