Dələduz "həkim" həbs edildi

Dələduz Türkiyənin Antalya şəhərində həkim-kosmetoloq kimi çalışan Raşit Gülüç həbs edilib.

Tehsil-press.az türk mediasına istinadən xəbər verir ki, şəxsin həbs edilməsinə səbəb dələduzluqla məşğul olması olub.

Belə ki, Raşid Gülüç tibbi təhsili olmadığı halda klinika açaraq "həkim-kosmetoloq" kimi fəaliyyət göstərib.

Müştərilərinin üzündə yaranan problem "həkimin" yolunu polis məntəqəsindən salıb. Nəticədə isə bütün saxtakarlıqları aşkara çıxıb.

Raşid Gülüç dələduzluqda ittiham edilərək saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər