Dəməşqə əlimizi uzatdıq, qiymətini bilmədi – Ərdoğan

Dəməşqə əlimizi uzatdıq, qiymətini bilmədi – Ərdoğan Suriya rejimi ona uzatdığımız əlin qiymətini bilmədi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Nə etsək də, sırf bu səbəbdən etmişik. Qırğın və zülmdən qaçan qardaşlarımıza qapılarımızı açanda və Suriya böhranını həll etmək üçün əlimizi uzadarkən hədəfimiz bu idi. Amma Dəməşq rejimi Türkiyənin uzatdığı əlin qədrini bilmədi. Türkiyə dünən olduğu kimi, bu gün də tarixin doğru tərəfindədir.

Türkiyənin Qəzzada, Livanda, Ukraynada və Suriyada sülhü təmin etmək üçün göstərdiyi səyləri bütün dünya bilir və yüksək qiymətləndirir”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə lideri Suriya mövzusunu müzakirə etmək üçün Prezident Bəşər Əsədlə görüşə hazır olduğunu dəfələrlə elan etsə də, ikinci görüş üçün qəbuledilməz şərt (Türkiyə ordusunun Suriyadan tamamilə çıxması) irəli sürmüş və müzakirədən yayınmışdı.

Hazırda suriyalı silahlı müxaliflər ölkənin demək olar ki, bütün əsas şəhərlərini ələ keçirərək, Dəməşqə doğru hərəkət edir.

Tehsil-press.az

Oxşar xəbərlər