
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bəyan edib.
R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyada yeni əməliyyatlara başlamağa hər an hazırdır:
"Suriya ərazisində YPG/PYD-yə qarşı yeni hərbi əməliyyatlara hazırlıq prosesi artıq başa çatıb".
Xatırladaq ki, oktyabrın 28-də Türkiyə SQ Suriya ərazisində YPG/PYD terrorçularının mövqelərinə zərbələr endirib.
Tehsil-press.az