Türkiyə Suriya ilə sərhəddə yeni hərbi əməliyyata başlayacaq - Ərdoğan

Türkiyə Suriya ilə sərhəddə yeni hərbi əməliyyata başlayacaq - Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya ilə sərhəddə yeni hərbi əməliyyata başladılacağını bildirib.
Hökumətinin növbəti iclasından sonra açıqlama verən dövlət başçısı bildirib ki, Suriya ilə sərhəddə təhlükəsizlik dəhlizindəki çatışmazlıqları aradan qaldırılan kimi orada yeni əməliyyatlara başlanılacaq.
Türkiyə lideri, həmçinin İraq sərhədini həmişəlik terror hücumlarından xilas edəcək əməliyyatların uğurla davam etdiyini bildirib.
"Ölkəmizin maraqlarını müdafiə etmək, dost və qardaşlarımızı dəstəkləmək üçün müxtəlif coğrafiyalarda fəaliyyətimizi davam etdiririk", - R.T.Ərdoğan əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər