
Bu barədə Amerikanın “New York Times” qəzeti məlumat yayıb. Tapılan dərmanlar arasında həkimlərin yuxusuzluq və narahatlıq pozğunluqlarını müalicə etmək üçün təyin etdiyi benzodiazepin də var.
Sarayda Əsədin öz tərcümeyi-halı və Rusiya Silahlı Qüvvələrinin tarixi də daxil olmaqla kitabları da tapılıb.
Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı Əsəd hakimiyyətinin sona çatdığını elan edib. Eks-prezident ölkəni tərk edərək Rusiyaya gedib və oradan sığınacaq alıb./lent.az
Tehsil-press.az