
Əsədin ailə üzvləri Rusiyada məskunlaşıblar.
Məlumata görə, liderin xanımı və üç uşağı üsyançıların paytaxta doğru sürətlə irəliləməsinin ardınca ötən həftə Dəməşqdən Moskvaya yola düşüb.
O da qeyd edilib ki, ailəsi ölkədən çıxsa da Prezident hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.
Əsədin ailəsinin Rusiyaya getməsi davam edən vətəndaş müharibəsi fonunda Suriya rejiminin gələcəyində mühüm dönüş nöqtəsi ola bilər.
Tehsil-press.az