Bəşər Əsədin ailəsi Rusiyaya yollanıb

Bəşər Əsədin ailəsi Rusiyaya yollanıb Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma və onların üç uşağı keçən həftə Rusiyaya gedib.

Bu barədə "Azad İran" "Wall Street Journal"a istinadla xəbər verib.

Məlumata görə, dövlət başçısının qayınları isə Birləşmiş Ərəb Əmirliklərinə gediblər.

Qeyd olunur ki, prezidentin özü hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər