
Bu barədə Suriya Prezident Administrasiyasının Tvitterdəki rəsmi hesabında məlumat verilib.
Əsma Əsəd və Bəşər Əsədin xəstəxanada birlikdə çəkilən fotosu paylaşılaraq aşağıdakı qeydlər yazılıb:
“Güc, etimad və inancla... Əsma Əsəd erkən diaqnozu qoyulan bədxassəli süd vəzi xərçəngi səbəbiylə müalicəyə başlayıb. Ona şəfa diləyirik”.
Qeyd edək ki, 2000-ci ildə ailə quran Bəşər və Əsma Əsəd cütlüyünün 3 övladı var.
Tehsil-press.az