Rus qadınları dünyanın ən gözəl qadınları arasında seçilir. Dərisi və bədən forması ilə diqqət çəkən rusların sirrləri hər kəsə maraqlıdır.
Rusiyanın soyuq iqlimi kosmetik məhsullara tələbatı artırıb, xüsusilə nəmləndirici məhsullar çox populyardır. Soyuq hava dəri baryerinə zərər verə bilər, onun quru və həssas olmasına səbəb ola bilər. Bu səbəbdən rus qadınları genetik şansları ilə yanaşı dərilərini nəmləndirərək qorumaq vərdişləri ilə sağlam dəriyə sahibdirlər.
Təbii yağların gücündən yararlanaraq dəri baxımını zənginləşdirən rus qadınları xüsusilə arqan və itburnu yağlarına üstünlük verirlər. Bu yağların tərkibindəki C vitamini dəri ləkələrini aradan qaldırmağa kömək edir və həmçinin yaraların tez sağalmasını dəstəkləyir.
Rus qadınları balanslı və sağlam qidalanmaya da böyük əhəmiyyət verirlər və xüsusilə omeqa-3 yağ turşuları ilə zəngin bir pəhriz qəbul edirlər. Bu növ qidalar dərinin elastikliyini artıraraq yaşlanmanı gecikdirən antioksidanların orqanizmə sorulmasına kömək edir.
Eyni zamanda, meyvə-tərəvəzlə birlikdə qatıq və bal istehlak etmək də rus qadınlarının dəriyə qulluq vasitələrinin bir hissəsidir. Bal qocalma əleyhinə təsiri ilə dərini nəmləndirib yumşaldırsa, iltihabı və sızanaqları da azaldır. Təbii üz maskası kimi baldan istifadə dərini təmizləyir və cavanlaşdırır.
Bundan əlavə, tərkibindəki laktik turşu sayəsində qatıq dəridəki ölü hüceyrələri təmizləyir, dərinin nəm balansını qoruyur və dəriyə qulluqda iştirak edir.
Tehsil-press.az