Heç yerə getməyəcəm – Gürcüstan prezidenti

Heç yerə getməyəcəm – Gürcüstan prezidenti “Mən heç yerə getməyəcəm. Burada olacam, çünki bu ölkəyə indiki məqamda legitim institut lazımdır”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ədalətli seçkilər olmadan nə əmin-amanlıq, nə də siyasi proseslər olacaq.

“Mən xaricdə sizin nümayəndənizəm və bu bir növ legitimlikdir. Mən sizin daxildə də nümayəndənizəm”, - dövlət başçısı söyləyib.

Qeyd edək ki, S.Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatır.

Həmin tarixə sabah seçiləcək yeni prezidentin andiçmə mərasimi təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər