Rusiyanın yük təyyarəsi Suriyanın Latakiya vilayətindəki hərbi bazasından Liviyaya uçub.
Bu barədə "Röyters" məlumat yayıb.
Agentlik bildirib ki, yaxın vaxtlarda Hmeymim hərbi bazasından Rusiyaya məxsus təyyarələrin uçuşları gözlənilir.
Nəşrin peyk görüntülərinə əsaslanaraq verdiyi məlumata görə, Rusiya Suriyadakı hərbi bazadan iki ədəd An-124 təyyarəsi ilə hərbi texnika daşıyır.
Xatırladaq ki, Suriyada hakimiyyətə gələn “Heyət Təhrir əş-Şam” qruplaşması Rusiya hərbi bazalarının yerləşdiyi Latakiya əyalətinə tam nəzarət edir.
Tehsil-press.az