Bu gün Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər

Bu gün Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.

Bu gün FHN-in yaradılmasının 19-ci ildönümüdür.

Belə ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Nazirlik ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər