FHN-lə BMT beynəlxalq təlimə start verib

FHN-lə BMT beynəlxalq təlimə start verib Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimə start verilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları, BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupuna (İNSARAG) üzv olan müxtəlif ölkələrin komandaları, həmçinin NATO, Ümumdünya Səhiyyə Təşkilatı, ATƏT, “BP-Azərbaycan”, “MapAction” şirkətinin nümayəndələri iştirak edirlər.
Təlimi müşahidə etmək üçün Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Belarusun Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Türkiyə Daxili İşlər nazirinin müavini İsmail Cataklı, Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Fövqəladə Hallar Nazirliyinin Akademiyasına gəliblər.
Qonaqlar üçün Fövqəladə Hallar Nazirliyinin əraziyə gətirilmiş bir sıra texnika və avadanlıqları da nümayiş olunub.
Qeyd edək ki, təlim noyabrın 8-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər