Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğızıstan-Türkiyə Manas Universitetinə işgüzar səfər edib.
Səfər çərçivəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov Qırğızıstan-Türkiyə Manas Universitetinin beynəlxalq əməkdaşlıq üzrə mərkəzinin direktoru Kadir Akgün və beynəlmiləlləşmə üzrə koordinator Rita İsmayılova ilə görüş keçirib. Görüşdə ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə, birgə təhsil proqramlarının yaradılması və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Nümayəndə heyəti son illərdə BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi, elmi fəaliyyətin inkişafı və universitetin qlobal aləmdə nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş islahatlar və əldə edilmiş nailiyyətlər barədə təqdimatla çıxış edib.
Qırğızıstan-Türkiyə Manas Universitetinin əməkdaşları BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün böyük perspektivlər vəd etdiyini bildiriblər. Onlar birgə layihələrin və akademik mübadilənin gələcəkdə daha da genişləndirilməsinə ümidvar olduqlarını ifadə ediblər.
Tehsil-press.az