AzTU ilə “Manas” Qırğızıstan-Türkiyə Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir

AzTU ilə “Manas” Qırğızıstan-Türkiyə Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Manas” Qırğızıstan-Türkiyə Universiteti arasında əməkdaşlıq çərçivəsində onlayn görüş keçirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev “Manas” Qırğızıstan-Türkiyə Universiteti ilə bir sıra ixtisaslar üzrə ikili diplom proqramları, müəllim və tələbə mübadiləsi, magistr və doktorantların dissertasiya işlərinin yazılmasında hər iki tərəfdən elmi rəhbərin təyin olunması və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını qeyd edib. Rektor Orhun Dəyişim Proqramı ilə bağlı əməkdaşlığın qurulmasının mümkünlüyünü də diqqətə çatdırıb.
“Manas” Qırğızıstan-Türkiyə Universitetinin rektoru Alpaslan Ceylan və universitetin nümayəndələri də çıxışlarında AzTU ilə müvafiq istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər