
Bu barədə "Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Əsəd Moskvaya Cenevrədə Suriya müxalifətinin nümayəndələri ilə danışıqlara hazır olduğuna işarə edib. Ancaq bu mesaj Rusiyaya çatmayıb.
Nəşrin məlumatına görə, siyasətçi dekabrın 7-də böyük oğlu Hafizlə Rusiya zirehli maşını ilə Dəməşqdən çıxıb. O, Rusiyanın Xmeymim aviabazasına yollanıb.
Dekabrın 8-də ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin bitdiyini elan edib. Əsəd Rusiyaya qaçıb və siaysi sığınacaq alıb.
Tehsil-press.az