
Bunu DİM sədri Məleykə Abbaszadə Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı münasibətilə ictimaiyyətə ünvanladığı təbrik mesajında bildirib.
DİM sədri qeyd edib ki, “Dövlət İmtahan Mərkəzi tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və bizim ümumilikdə imtahanların sayı artıq əlliyə yaxınlaşır. İl ərzində biz demək olar ki, hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçiririk. İmtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çoxdur. Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq”.
M.Abbaszadə bildirib ki, bu il DİM-in elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub.
Tehsil-press.az