Leyla Əliyeva yeni şeirini təqdim etdi

Leyla Əliyeva yeni şeirini təqdim etdi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qələmə aldığı şeiri özünün "Instagram" hesabında paylaşıb.

Paylaşımı təqdim edirik:

Dəyər ver insana, sev onunla hər anı,
Ayrılanda elə bil bir də görməyəcəksən
Sev gülüşü,qorxunu,göz yaşını,şübhəni,
Sev yanında olmaqla zamanını böləni !

Bu müqəddəs gecədə yuxum çəkilib dara
Dünən də belə idi- yuxu hara,mən hara…
Bacardım həyatda sonsuz sevməyi -
Gecəni,gündüzü,xoş gələcəyi.

Sevimli anları əbədi yaşat
Yaşamaq istəsən bir andır həyat
Sevgiyə aparan əbədi yolda
Hər kəsi qəlbinlə duy,yaşa,anla !

Sev Tanrı yaradan o insanları
Ağacı,günəşi,çölü,çayları !
Hər kəsin öz payı, öz qisməti var
Ancaq bir-birinə bənzər xəyallar!

Ucalıb görüncə ayın üzünü,
Zülmət qaranlıqdan nura bələndim.
Sənin gözlərində tapıb özümü
İnsanı sevməyi səndən öyrəndim!

Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva

Tehsil-press.az

Oxşar xəbərlər