“Bandotdel” vətəndaşları hədələyən şəxsi həbs etdi

“Bandotdel” vətəndaşları hədələyən şəxsi həbs etdi Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloqer-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb.

Bir neçə şəxsin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər