
Bu barədə “NBC News” məlumat yayıb.
Sietl şəhərindəki federal hakim Con Kofinur prezident Fərmanının icrasını müvəqqəti dayandırıb.
“Mən 40 ildən çoxdur ki, hakiməm və bu cür açıq-aşkar qanunazidd Fərmanın olduğunu heç vaxt görməmişdim”, - mənbə hakimdən sitat gətirib.
Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayan Tramp həmin gün axşam ABŞ vətəndaşlığının doğum hüququ ilə verilməsini məhdudlaşdıran Fərman imzalayıb. Fərman fevralın 19-dan qüvvəyə minməli idi.
Lakin ertəsi gün 22 ştatın səlahiyyətliləri Trampın Fərmanına etiraz etmək üçün Amerika məhkəmələrinə müraciət ediblər.
Tehsil-press.az