Prezident Mixeil Kavelaşvili Baş nazirin müavini, daxili işlər naziri Vaxtanq Qomelaurini və digər polis əməkdaşlarını mükafatlandırıb.
Prezident sarayında baş tutan tədbirdə baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili də iştirak ediblər.
Bildirilir ki, asayişin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Daxili İşlər Nazirliyinin nümayəndələrinə Gürcüstanın Dövlət Mükafatı təqdim olunub.
Mixeil Kavelaşvili hər bir polis əməkdaşına ölkə qarşısında xidmətlərinə görə təşəkkür edib və güclü gürcü polisinin güclü dövlətin simvolu olduğunu qeyd edib.
Mükafatlandırma mərasiminin sonunda daxili işlər naziri Vaxtanq Qomelauri ölkə prezidentinə, baş nazirə və parlamentin sədrinə verdiyi qiymətə görə minnətdarlığını bildirib, əməkdaşları dövlət mükafatı ordeni ilə təltif edilmələri münasibətilə təbrik edib.
Qeyd edək ki, mükafat alanlar arasında Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru, polis polkovniki Zviad Xarazişvili (Xareba); Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin direktoru, polis polkovniki Sulxan Tamazaşvili; Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru, polis polkovniki Vaja Siradze də var.
Tehsil-press.az