AFFA-nın yeni baş katibi təyin olunan Cahangir Fərəcullayev kimdir? - DOSYE

AFFA-nın yeni baş katibi təyin olunan Cahangir Fərəcullayev kimdir? - DOSYE AFFA-da yüksək vəzifəyə təyinat baş tutub.

Qurumun baş katibi vəzifəsinə Cahangir Fərəcullayev təyin olunub.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.

O, 2004-2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib.

2019-2020 illərdə "Topaz" şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.

Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər