Yeni nazir kimdir? - Dosye

Yeni nazir kimdir? - Dosye Prezident İlham Əliyevin Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib.
Fərid Əhmədov nazir vəzifəsinə təyin edilənədək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub. O, 2022-ci ildən sözügedən vəzifəni icra edirdi.
2021-2022-ci illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olan F.Əhmədov 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini də tutub. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Fərid Əhmədov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb. Həmçinin 2016-cı ildə “Oksford” Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə gəlincə, F.Əhmədov 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi işə başlayıb. 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.
O,1979-cu ildə Bakıda anadan olub. Ailəlidir, üç övladı var.
Fərid Əhmədovun atası Turab Əhmədov riyaziyyatçı alimdir. O, daha əvvəl Slavyan Universitetində prorektor, AMEA-da İşlər idarəsinin müdiri vəzifələrində çalışıb.

Tehsil-press.az



Oxşar xəbərlər