Sevinc Heydərovanın lisenziyası ləğv edildi

Sevinc Heydərovanın lisenziyası ləğv edildi Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.

Bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.

Qərara əsasən, Sevinc Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.

Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib.

Onun köməkçisi açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra qayıdacağını qeyd edib. Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən isə xəbərsiz olduğunu söyləyib.

"İnternational Medical Centre"dən bu barədə açıqlama verilməyib.

Tehsil-press.az


Oxşar xəbərlər