
Bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.
Belə ki, alim sözügedən dünya xəritəsinin fotosunu bölüşərək onun 1402-ci ildə Coson sülaləsi dövründə hazırlandığını bildirib.
Tarixçinin sözlərinə görə, Koreyada Kvon Kun və Yi Ho tərəfindən yaradılan xəritənin qısaldılmış adı “Kangnido”dur:
“Xəritədə Nil çayının Afrika sahilləri göstərilib, Şərqi Asiya, Cənubi Asiya, Yaxın Şərq, Avropa və hətta Afrika təsvir edilib. O dövrdə belə böyük ərazini əhatə edən oxşar xəritə yox idi.
Qırmızı ilə işarələnən yerdə Dərbənd kimi tanınan Bab əl-Əbvab təsvir olunub. Xəzər dənizindəki düzbucaqlı isə Şirvandır. Xəzər dənizi sahilində, Araz və Kür çaylarının aralığında olan düzbucaqlı Arrandır”.
Həmin xəritəni təqdim edirik:
Tehsil-press.az